← Vakansiyalar

Çörəkçi (City Garden kampusu)-Gecə növbəsi

L LANDAU School
Tam ştat Bakı Kulinariya / Bişirmə / Hazırlama
“LANDAU School” da City Garden kampusuna gecə növbəsi üçün Çörəkçi axtarışındayıq! Təsvir: Müxtəlif növ çörək və mayalı məhsulların resept üzrə hazırlanması; Xəmirin yoğrulması, formalaşdırılması və bişirilmə prosesinə nəzarət; Avadanlıqlardan düzgün və təhlükəsiz istifadə edilməsi, təmizliyinin təmin olunması; Standart reseptlərə, porsiya ölçülərinə və texnoloji göstərişlərə ciddi riayət etmək; Məhsul keyfiyyətini və eyni dad standartını qorumaq; Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydalarına uyğun işləmək; Ərzaq ehtiyatlarının düzgün idarə edilməsi, məhsul itkisinin minimuma endirilməsi; Mətbəx komandasına dəstək vermək və kollektiv iş qaydasına əməl etmək. Tələblər Çörəkçı kimi minimum 2 il iş təcrübəsi; Resept və texnoloji kartlarla işləmə bacarığı; Mətbəx avadanlıqlarını istifadə etmə bacarığı; Məsuliyyətli, dəqiq və səliqəli; Gigiyena və Sətəm tələblərinə ciddi əməl etmə; Komandada işləmə bacarığı. Biz nə təklif edirik: AR Əmək Məcəlləsinə uyğun sənədləşmə; Landau School-da uşaqların təhsilində xüsusi endirimlər; İş qrafiki həftəiçi 5 gün. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar. Müraciət üçün əlaqə nomresi: 0992 06 07 22 (wp ancaq Zəhmət olmasa, müraciətlə bağlı zəng etməyin. Bütün müraciətlərə geri dönüş yalnız WhatsApp üzərindən ediləcəkdir. (Müraciət edən namizədlər mütləq şəkildə CV-lərini göndərməlidir) Əks halda müraciətlər nəzərdən keçirilməyəcək və geri dönüş təmin edilməyəcəkdir.