İrşad" 2000-ci ildə "I&R Telecom" adı ilə Bakı şəhərində fəaliyyətə başlayıb. 2003-cü ildən etibarən paytaxtda və regionlarda mağazalarının sayını artıraraq şəbəkəsini genişləndirib. 2007-ci ilin sonunda “I&R Telecom” rebrendinq edərək “İrşad Telecom” adı altında fəaliyyətini davam etdirib. 2018-ci ildən şirkət məişət texnikası və elektronika məhsullarının satışını genişləndirdiyi üçün “İrşad Electronics” adı ilə, 2021-ci ildən etibarən isə məhsul kateqoriyalarının genişlənməsi ilə “İrşad” brendinə keçid edərək yeni korporativ stilini müştərilərinə təqdim edib.